skip to Main Content

Səyahət etmək üçün uzaqdan başlamağa ehtiyac yoxdur

COVID-19  koronavirus epidemiyasının tüğyan etdiyi bir dövrdə turistlər üçün ən təhlükəli olan ölkələrin siyahısını Sizə təqdim edirik.

Hazırda koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. COVİD-19 -un bütün göstəriciləri üzrə ABŞ dünyada birinci yerdədir. Siyahıda ikinci yerdə yoluxma halının sayı ilə İspaniya qərarlaşıb. İtaliyada da vəziyyət ürək açan deyil. Bu ölkə sözügedən virusun Avropada episentrinə çevrilib. Qeyd olunur ki, bir çox avropalı turist məhz İtaliyanı ziyarət etdiyindən sonra bu virusa yoluxub. Siyahıda dördüncü yerdə Fransa qərarlaşır. Almaniya və Böyük Britaniya həmin sırada virus xəstələri ilə növbəti beş və altıncı yerlərdədir. Bir zamanlar koronavirus epidemiyasının episentri sayılan Çin – ilk yoluxma faktı məhz bu ölkədə – Uhan şəhərində qeydə alınıb. Çindən sonra siyahıda Sinqapur qərarlaşıb. Ekspertlər turistlərə Sinqapura getməməyi tövsiyə edir. Eyni zamanda, Küveyt virusun yayılmasının qarşısını almaq məqsədilə Sinqapur və Yaponiya ilə hava əlaqəsini dayandırıb. Siyahıda yer almış növbəti ölkə Yaponiyadır. Virusa yoluxanların əksəriyyəti Tokio şəhərindədir. Mütəxəssislər həmçinin Tailanda da səfər etməməyi məsləhət görür. Cənubi Koreya da siyahıda yer almış ölkələrdəndir. Malayziya hökuməti ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni edir. Qeyd edək ki, təhlükəli ölkələr sırasında həmçinin İranTürkiyə və Polşa də yer alıb.

Hazırda virus 200-dən çox ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

02.05.2020 / Rent a car Baku Blog / Блог о прокате авто в Баку / Bakıda maşınların icarəsi bloqu

Mart ayından etibarən qlobal situasiya – sərhədlərin bağlanmasıuçuşların təxirə salınması səbəbindən turistlər məcburiyyət qarşısında və ya digər səbəblərdən səyahətlərini təxirə salıblar. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Ama qeyd etmeliyik ki, doğma vətənimizin təbiəti bizi səyahət və istirahət baxımından xarici ölkələrdən asılı vəziyyətdə olmağa qoymur. Buna ən sadə misal 11 iqlim qurşağından 9-nun ölkəmizdə olmasıdır.

Son günlər ölkəmizdə koronavirusa yoluxma və sağalma rəqəmlərindəki müsbət nəticələr də turizmlə bağlı ümidverici proqnozlar verməyə əsas verir. Dövlət tərəfindən daxili turizmə diqqət və dəstəy prioritet kimi dəyərləndirilir. Hotel və mehmanxanalar, iaşə obyektləri, istirahət və əyləncə mərkəzləri, eləcə də digər turizm obyektləri artan tələbatı tam və keyfiyyətli şəkildə yerine yetirəcəklər. Bunu təmin etmək üçün hal-hazırda müxtəlif layihələr həyata keçirilir. Turistlərin təhlükəsiz istirahəti üçün üçün hotellərdə və istirahət mərkəzlərində dezinfeksiya tədbirləri görülür. CARHİREBAKU şirkəti turizm sənayesinin müxtəlif iştirakçıları ilə əlaqələr yaradır. Əminliklə deyə bilərik ki, yerli turistlərin Azərbaycanı tərk etmədən maraqlı və unudulmaz səyahəti üçün əlverişli və rahat şərait təşkil edəcəyik.

shares
Bakıda avtomobil kirayesi xidməti. Ucuz arenda masinlar. Sərfəli şərtlərlə prokat masinlar
Open chat
Рейтинг@Mail.ru